27 Mayıs 2011 Cuma

İBADƏTDƏ QƏRARLI OLMAQ


Göylərdə və yerdə nə varsa, hamısı Allahı təqdis edib şəninə təriflər deməktədir.O,yenilməz qüvvət və hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir.Dirildən də, öldürən də Odur.O, hər şeyə qadirdir. Əvvəl də, Axır da , Zahir də Batin də Odur.O,hər şeyi biləndir!(Allahın zatı hər şeydən əvvəldir.Hər şey məhv olduqdan sonra zatı qalacaqdır).O yerə girəni də ,yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir.Siz harada olsanız,O sizinlədir.Allah sizin nə etdiklərinizi görəndir!(Əl-Hədid Surəsi 1-4)

Allahı sevən, Allahın dostu olan möminləri də sevər


Allahın sevdikləri, möminlərin də sevdiyidir, Allaha dost olan, möminlərə də dostdur, Allah kimdən razıdırsa, möminlər də ondan razıdır, Allahı sevən, Allahın sevdiyi qullarını da sevər. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi qullarındandırlar. Bu səbəblə möminlər bir-birlərini çox sevərlər və bir-birlərinə çox düşkündürlər. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən və düşkünlüklərindən bəhs edilməkdədir.

20 Mayıs 2011 Cuma

ALLAH SEVGISI

İn­san ona ki­çik bir qul­luq gös­tə­rən və ya yax­şı­lıq edən insana bu gö­zəl dav­ra­nı­şın­dan duy­du­ğu məm­nu­niy­yə­ti dər­hal gös­tər­mək is­tə­yir.

9 Mayıs 2011 Pazartesi

GƏLƏCƏK QORXUSU


Din əxlaqı səmimi olaraq yaşandığında insanlar bir çox dərd və narahatlıqdan təbii şəkildə xilas olar və hamı dinc və rahat bir həyat sürər.
Möminlərdən başqa demək olar ki, bütün insanlar həyatlarının qabaqkı dövrlərində özlərini gözləyən hadisələrlə maraqlanar və bir çox pis ehtimalı düşünüb narahat olarlar. Bu, onları ciddi şəkildə təşvişə salar və narahat edər. Bundan başqa insanların əksəriyyətinin yaşadığı gündəlik narahatlıqlar da vardır ki, bunları da gələcək qorxusuna daxil etmək mümkündür. Kiçik yaşlarda bu vəziyyət dərs tapşırıqlarından, dostluq əlaqələrindən və şifahi imtahan kimi sadə problemlərdən ibarətdir. Ancaq yaş artdıqca insanlar üçün problemə çevrilən, onları qorxudan məsələlər də çoxalır. (Harun Yəhya, “Adamlıq Dini”)Orta məktəb illərində geyinəcək paltar, yeyiləcək yemək, dostlarla yaşanan problemlər, qrup daxilindəki etibar, məktəbdəki müvəffəqiyyət və ailə əlaqələri insan üçün sanki dünyanın ən böyük və ən əhəmiyyətli problemləridir. Bu mövzulardakı hər hansı bir çatışmazlıq ruhuna təsir edir, hətta depressiyaya düşməsinə səbəb olur. Bu problemlər qazanılması mütləq lazım olan universitet imtahanı ilə ən yüksək nöqtəyə çatar. Çünki bu imtahan qazanılmadığı təqdirdə ailəyə necə hesab veriləcəyi, bu vəziyyətin qohumlara və ətrafdakılara necə açıqlanacağı kimi qayğılar gənc bir insanın mənəvi olaraq olduqca sıxıntıya düşməsinə səbəb olur. Hazırda belə vəziyyətlərə o qədər çox rast gəlinir ki, universitet və ya kollec imtahan nəticələrinin açıqlanmasının ardından qəzetlərdə çıxan intihar xəbərlərinə insanlar sanki alışmışlar. Ancaq unutmaq olmaz ki, bunlar son dərəcə yersiz narahatlıqlardır. İnsan, əlbəttə, bir imtahanda müvəffəqiyyət əldə etmək, yaxşı bir təhsil almaq istəyə bilər. Ancaq əlindən gələni etdiyi halda bir müvəffəqiyyət qazana bilmirsə, bu durumda Allaha təvəkkül edib Rəbbimizin özünə daha gözəl bir nəticə verməsi üçün dua etməlidir.

28 Nisan 2011 Perşembe

İNSANIN YARADILIŞINA ƏN UYĞUN OLAN DİN: İSLAM DİNİ

İnsan yarandıqdan bəri mərhəmətdən, sevgidən, şəfqətdən və gözəl əxlaqın hər şəklindən xoşlanar. Özünə həmişə bu şəkildə davranılmasını istəyər. Zülmdən, əxlaqsızlıqdan və pisliyin hər cüründən nifrət edər və onlardan uzaq olmağa çalışar. Belə hiss etməsi, Allahın diləməsi ilədir. Allah, insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan, gözəllikdən xoşlanıb pis şeylərdən uzaq olar.
Allahın Quranda əmr etdiyi əxlaq xüsusiyyətləri bunlardır; mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar bir insan olmaq və zülmdən, haqsızlıqdan, pislikdən çəkinməkdir. Digər bir deyişlə, Allahın seçib bəyəndiyi İslam diniylə insandan istədikləri ilə, insanların təbii olaraq yaşamaq istədikləri, açar və onun açdığı kilid kimi, bir-birinə tam bir uyğunlaşma halındadır. Allah bu həqiqətiQuranda belə xəbər verir: 
 Elə isə üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Rum Surəsi, 30) 
İnsanlar dinin gətirdiyi gözəl əxlaqı yaşamadıqlarında özlərinə zülm edərlər
İnsanlar, Allahın insanlar üçün seçib bəyəndiyi gözəl əxlaqı yaşamadıqları müddətcə özlərinə zülm etmiş olarlar. Çünki yaradılışlarına uyğun olan davranışı, əxlaqı göstərməyərək öz quruluşlarınatərs düşən iş görərlər və bu da həm vicdani olaraq narahat olmaları, həm də başqa insanları narahat etmələri ilə nəticələnər. Bu insanların özlərinə zülm etdiklərini Allah bir ayəsində belə bildirir: 
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus Surəsi, 44) 
Unudulmamalıdır ki, İslam əxlaqı ancaq səmimi olaraq içdən gələn bir istəklə, könüldən yaşana bilər və Allah belə bir imanı məqbul sayacağını bildirər. Zorakılıqlayaşadılan din Allah qatında qəbul edilən olmadığı kimi, Quranda münafiq olaraq adlandırılan ikiüzlü insanların çoxalmasına səbəb olar. Bu da, cəmiyyətə zərərli olacaq bir quruluşun meydana gəlməsi deməkdir. Allah, din adına insanların məcbur edilməməyini belə əmr etmişdir 
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (Bəqərə Surəsi, 256) 
Bu səbəbdən İslam dini heç bir sahədə insanların üzərində bir təzyiq meydana gətirməz və insanlara həqiqi fikir və vicdan azadlığını qazandırar. Dinin gətirdiyi gözəl əxlaqı yaşayan insan, heç bir şəkildə məhdudlaşdırılmaz. Ürəkdən bu inanclarınıyaşadığı üçün hər vaxt dinc, rahat və xoşbəxt olar.

PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) NÜMUNƏVİ TƏVƏKKÜLÜ

Hər hansı bir çətinliklə, nəfsinin xoşlamadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran ayələrini və hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbər Əfəndimiz (s.ə.s)-ın təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı qədərə təslim olduğunu düşünməlidir.
  Peyğəmbərimiz (s.ə.s)-ın çox gözəl bir əxlaqa sahib olduğunu Allah Quranda bildirirvə belə buyurur:

 " Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən! Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər, Hansınızın divanə olduğunu! Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!" (Qələm Surəsi, 1-7) 

27 Nisan 2011 Çarşamba

Quran əxlaqında sevgi

Din əx­la­qı­nı ya­şa­yan in­san­la­rın hə­qi­qi mə­na­da sev­mə­lə­ri və se­vil­mə­lə­ri müm­kün de­yil. Hə­qi­qi sev­gi­nin qar­şı­lıq­lı ola­raq ya­şan­ma­sı üçün o in­sa­nın hər şey­dən əv­vəl Al­la­hı də­rin bir sev­gi ilə sev­mə­si və Al­la­hın sev­gi­si­ni qa­za­na bi­lə­cə­yi bir əx­laq gös­tər­mə­si la­zım­dır. Al­lah sev­di­yi bən­də­lə­ri­nin qəl­bi­nə bir sev­gi sa­lır və di­gər in­san­la­rın qəl­bin­də də on­la­ra qar­şı bir sev­gi ya­ra­dır. Unu­dul­ma­ma­lı­dır ki, sev­gi­nin əsl qay­na­ğı və əsl sa­hi­bi yal­nız Al­lah­dır. Sev­gi ki­mi çox bö­yük və qiy­mət­li bir ne­mə­ti ya­şa­ya bil­mək üçün in­sa­nın ilk ön­cə əx­la­qı ilə bu ne­mə­tə la­yiq ol­ma­sı və Al­lah­dan bu ne­mə­ti ona ver­mə­si­ni is­tə­mə­si la­zım gə­lir. Pis bir əx­la­qa ma­lik olan ya da din əx­la­qı­nı ya­şa­ma­yıb ca­hil­lik hə­ya­tı­na öy­rə­şən bir in­san dün­ya­da da, axi­rət­də də bu­na gö­rə bəd­bəxt ola bi­lər, tən­ha və dost­suz qa­la bi­lər