28 Nisan 2011 Perşembe

PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) NÜMUNƏVİ TƏVƏKKÜLÜ

Hər hansı bir çətinliklə, nəfsinin xoşlamadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran ayələrini və hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbər Əfəndimiz (s.ə.s)-ın təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı qədərə təslim olduğunu düşünməlidir.
  Peyğəmbərimiz (s.ə.s)-ın çox gözəl bir əxlaqa sahib olduğunu Allah Quranda bildirirvə belə buyurur:

 " Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən! Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər, Hansınızın divanə olduğunu! Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!" (Qələm Surəsi, 1-7) 
 
   Allah bu ayədə  Peyğəmbərimiz (s.ə.s) üçün sonu olmayan  bir mükafat olduğunu bildirmişdir. Bu, Hz. Məhəmməd (s.ə.s)-in həmişə gözəl əxlaq göstərdiyini, təqvadan heç bir zaman ayrılmadığını göstərən bir məlumatdır.
   Peyğəmbərimiz (s.ə.s)-in də "İmanın kamili, gözəl əxlaqladır." sözləri ilə ifadə etdiyi kimi, imanın ən əhəmiyyətli əlamətlərindən biri gözəl əxlaqdır. Buna görə də gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək əhəmiyyətli bir ibadətdir. İnsan həyatı boyu gözəl əxlaqı könüldən yaşaya bilməsi üçün Allaha təslim olması və təvəkküllü olması şərtdir.
       Təvəkkül imanın ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Quranda Peyğəmbərimiz (s.ə.s)-lə əlaqədar olaraq izah edilən hadisələrdə Onun təvəkkülü və Allaha təslimiyyəti  görülməkdədir.
    Məsələn Peyğəmbərimiz (s.ə.s)-in, Məkkədən çıxdıqdan sonra yoldaşı ilə birlikdə gizləndiyi mağaradakı sözləri təvəkkülünün ən gözəl nümunələrindən biridir. Allah bir ayədə belə bildirməkdədir: 
 " (Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!." (Tövbə Surəsi, 40)  
Peyğəmbərimiz (s.ə.s) hansı şərtlərdə olursa olsun, həmişə Allaha təslim olub, Onun yaratdığı hər şeydə bir xeyr və gözəllik olduğunu bilib. Quranda Peyğəmbərimiz (s.ə.s)-ə, xalqına söyləməli olduğu bu sözlər də nümunə təvəkkülün bir göstəricisidir:
 
 " Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər. De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 50-51) 

Hiç yorum yok:

Yorum Gönder