27 Mayıs 2011 Cuma

İBADƏTDƏ QƏRARLI OLMAQ


Göylərdə və yerdə nə varsa, hamısı Allahı təqdis edib şəninə təriflər deməktədir.O,yenilməz qüvvət və hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir.Dirildən də, öldürən də Odur.O, hər şeyə qadirdir. Əvvəl də, Axır da , Zahir də Batin də Odur.O,hər şeyi biləndir!(Allahın zatı hər şeydən əvvəldir.Hər şey məhv olduqdan sonra zatı qalacaqdır).O yerə girəni də ,yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir.Siz harada olsanız,O sizinlədir.Allah sizin nə etdiklərinizi görəndir!(Əl-Hədid Surəsi 1-4)

Allahı sevən, Allahın dostu olan möminləri də sevər


Allahın sevdikləri, möminlərin də sevdiyidir, Allaha dost olan, möminlərə də dostdur, Allah kimdən razıdırsa, möminlər də ondan razıdır, Allahı sevən, Allahın sevdiyi qullarını da sevər. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi qullarındandırlar. Bu səbəblə möminlər bir-birlərini çox sevərlər və bir-birlərinə çox düşkündürlər. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən və düşkünlüklərindən bəhs edilməkdədir.

20 Mayıs 2011 Cuma

ALLAH SEVGISI

İn­san ona ki­çik bir qul­luq gös­tə­rən və ya yax­şı­lıq edən insana bu gö­zəl dav­ra­nı­şın­dan duy­du­ğu məm­nu­niy­yə­ti dər­hal gös­tər­mək is­tə­yir.

9 Mayıs 2011 Pazartesi

GƏLƏCƏK QORXUSU


Din əxlaqı səmimi olaraq yaşandığında insanlar bir çox dərd və narahatlıqdan təbii şəkildə xilas olar və hamı dinc və rahat bir həyat sürər.
Möminlərdən başqa demək olar ki, bütün insanlar həyatlarının qabaqkı dövrlərində özlərini gözləyən hadisələrlə maraqlanar və bir çox pis ehtimalı düşünüb narahat olarlar. Bu, onları ciddi şəkildə təşvişə salar və narahat edər. Bundan başqa insanların əksəriyyətinin yaşadığı gündəlik narahatlıqlar da vardır ki, bunları da gələcək qorxusuna daxil etmək mümkündür. Kiçik yaşlarda bu vəziyyət dərs tapşırıqlarından, dostluq əlaqələrindən və şifahi imtahan kimi sadə problemlərdən ibarətdir. Ancaq yaş artdıqca insanlar üçün problemə çevrilən, onları qorxudan məsələlər də çoxalır. (Harun Yəhya, “Adamlıq Dini”)Orta məktəb illərində geyinəcək paltar, yeyiləcək yemək, dostlarla yaşanan problemlər, qrup daxilindəki etibar, məktəbdəki müvəffəqiyyət və ailə əlaqələri insan üçün sanki dünyanın ən böyük və ən əhəmiyyətli problemləridir. Bu mövzulardakı hər hansı bir çatışmazlıq ruhuna təsir edir, hətta depressiyaya düşməsinə səbəb olur. Bu problemlər qazanılması mütləq lazım olan universitet imtahanı ilə ən yüksək nöqtəyə çatar. Çünki bu imtahan qazanılmadığı təqdirdə ailəyə necə hesab veriləcəyi, bu vəziyyətin qohumlara və ətrafdakılara necə açıqlanacağı kimi qayğılar gənc bir insanın mənəvi olaraq olduqca sıxıntıya düşməsinə səbəb olur. Hazırda belə vəziyyətlərə o qədər çox rast gəlinir ki, universitet və ya kollec imtahan nəticələrinin açıqlanmasının ardından qəzetlərdə çıxan intihar xəbərlərinə insanlar sanki alışmışlar. Ancaq unutmaq olmaz ki, bunlar son dərəcə yersiz narahatlıqlardır. İnsan, əlbəttə, bir imtahanda müvəffəqiyyət əldə etmək, yaxşı bir təhsil almaq istəyə bilər. Ancaq əlindən gələni etdiyi halda bir müvəffəqiyyət qazana bilmirsə, bu durumda Allaha təvəkkül edib Rəbbimizin özünə daha gözəl bir nəticə verməsi üçün dua etməlidir.