27 Mayıs 2011 Cuma

Allahı sevən, Allahın dostu olan möminləri də sevər


Allahın sevdikləri, möminlərin də sevdiyidir, Allaha dost olan, möminlərə də dostdur, Allah kimdən razıdırsa, möminlər də ondan razıdır, Allahı sevən, Allahın sevdiyi qullarını da sevər. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi qullarındandırlar. Bu səbəblə möminlər bir-birlərini çox sevərlər və bir-birlərinə çox düşkündürlər. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən və düşkünlüklərindən bəhs edilməkdədir.
Bu ayələrdən bəziləri belədir:

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!” (Ər-Kəhf Surəsi, 28)

“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Əs-Saff Surəsi, 4)

“Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun nerməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırırı ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran Surəsi, 103)

“Mömin kişilərlə mömin qadınlar bir-birləriə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itatət edərlər”. (Ət-Tovbə Surəsi, 71)

“İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək istəyənlər – məhz onlar bir-birinə dostdurlar”. (Əl-Ənfal Surəsi, 72)

Hiç yorum yok:

Yorum Gönder