28 Nisan 2011 Perşembe

İNSANIN YARADILIŞINA ƏN UYĞUN OLAN DİN: İSLAM DİNİ

İnsan yarandıqdan bəri mərhəmətdən, sevgidən, şəfqətdən və gözəl əxlaqın hər şəklindən xoşlanar. Özünə həmişə bu şəkildə davranılmasını istəyər. Zülmdən, əxlaqsızlıqdan və pisliyin hər cüründən nifrət edər və onlardan uzaq olmağa çalışar. Belə hiss etməsi, Allahın diləməsi ilədir. Allah, insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan, gözəllikdən xoşlanıb pis şeylərdən uzaq olar.
Allahın Quranda əmr etdiyi əxlaq xüsusiyyətləri bunlardır; mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar bir insan olmaq və zülmdən, haqsızlıqdan, pislikdən çəkinməkdir. Digər bir deyişlə, Allahın seçib bəyəndiyi İslam diniylə insandan istədikləri ilə, insanların təbii olaraq yaşamaq istədikləri, açar və onun açdığı kilid kimi, bir-birinə tam bir uyğunlaşma halındadır. Allah bu həqiqətiQuranda belə xəbər verir: 
 Elə isə üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Rum Surəsi, 30) 
İnsanlar dinin gətirdiyi gözəl əxlaqı yaşamadıqlarında özlərinə zülm edərlər
İnsanlar, Allahın insanlar üçün seçib bəyəndiyi gözəl əxlaqı yaşamadıqları müddətcə özlərinə zülm etmiş olarlar. Çünki yaradılışlarına uyğun olan davranışı, əxlaqı göstərməyərək öz quruluşlarınatərs düşən iş görərlər və bu da həm vicdani olaraq narahat olmaları, həm də başqa insanları narahat etmələri ilə nəticələnər. Bu insanların özlərinə zülm etdiklərini Allah bir ayəsində belə bildirir: 
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus Surəsi, 44) 
Unudulmamalıdır ki, İslam əxlaqı ancaq səmimi olaraq içdən gələn bir istəklə, könüldən yaşana bilər və Allah belə bir imanı məqbul sayacağını bildirər. Zorakılıqlayaşadılan din Allah qatında qəbul edilən olmadığı kimi, Quranda münafiq olaraq adlandırılan ikiüzlü insanların çoxalmasına səbəb olar. Bu da, cəmiyyətə zərərli olacaq bir quruluşun meydana gəlməsi deməkdir. Allah, din adına insanların məcbur edilməməyini belə əmr etmişdir 
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (Bəqərə Surəsi, 256) 
Bu səbəbdən İslam dini heç bir sahədə insanların üzərində bir təzyiq meydana gətirməz və insanlara həqiqi fikir və vicdan azadlığını qazandırar. Dinin gətirdiyi gözəl əxlaqı yaşayan insan, heç bir şəkildə məhdudlaşdırılmaz. Ürəkdən bu inanclarınıyaşadığı üçün hər vaxt dinc, rahat və xoşbəxt olar.

Hiç yorum yok:

Yorum Gönder